Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qazaxıstanda türk ölkələri üçün TURAN xüsusi azad iqtisadi zonası yaradılacaq


Qazaxıstanda türk ölkələri üçün TURAN xüsusi azad iqtisadi zonası yaradılacaq
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qazaxıstanda türk ölkələri üçün TURAN xüsusi azad iqtisadi zonası yaradılacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ticarət və iqtisadiyyat nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilən iclasında Qazaxıstanda TURAN azad iqtisadi zonasının yaradılması barədə qərar qəbul edilib.

Xeberoxu.Az
 Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat TDT İstanbulda keçirilən ticarət və iqtisadiyyat nazirlərinin 12-ci iclasında və İqtisadi Əməkdaşlıq üzrə İşçi Qrupunun 14-cü iclasında məlumat verib.

“Bu gün nazirlərin iştirakı ilə keçirdiyimiz görüşdə biz TDT-nin üzvü olan dövlətlər arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında sazişi və ölkələrimiz arasında iqtisadi və ticarət əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək TURAN xüsusi azad iqtisadi zonasının yaradılmasını müzakirə etdik. yeni nəsil vasitələrin tətbiqi ilə bağlı razılığa gəldik”, –deyə Bolat bildirib.

Türkiyəli nazirin sözlərinə görə, XXI əsrdə xidmət ticarətinin və investisiyaların artan əhəmiyyətini nəzərə alaraq, ölkələr “Xidmətlərin və İnvestisiyaların Azad Ticarəti haqqında Saziş”in imzalanması imkanları üzərində işləyirlər. "Bu gün biz bu yeni saziş üzrə danışıqlara ən qısa zamanda başlamaq niyyətində olduğumuzu göstərdik", - Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.

Qeyd edək ki, “TURAN azad iqtisadi zonası”nın yaradılması Qazaxıstanın Türküstan bölgəsindəki TÜRKİSTAN azad iqtisadi zonasının türk ölkələri üçün xüsusi iqtisadi zonaya çevrilməsi yolu ilə həyata keçiriləcək. Azad iqtisadi zonanın yeni adı TURAN olacaq. Sahəsi 3987,39 ha-dan 4622,39 ha-ya qədər genişlənir. Genişlənmə sənaye zonalarına aid 635 hektar torpaq sahəsinin əlavə edilməsi hesabına baş verəcək.

Son Xəbərlər