Gündəlik məzənnə

13 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qeyri-neft sektoru üzrə ixrac bu qədər artıb


Qeyri-neft sektoru üzrə ixrac bu qədər artıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qeyri-neft sektoru üzrə ixrac bu qədər artıb

Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ümumi ixracı 20,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8 faiz artaraq 2 milyard ABŞ dolları təşkil edib.

Xeberoxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla bildirir ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində yeyinti məhsulları üzrə ixrac 520 milyon ABŞ dollarına bərabər olub.

Həmin dövr ərzində elektrik enerjisi 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 4,4 dəfə, şəkər ixracı 46,6 faiz, meyvə-tərəvəz ixracı isə 6,1 faiz artıb.

Bu ilin yanvar-iyul ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,6 faiz artaraq 540,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,3 faiz artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.

Son Xəbərlər