Gündəlik məzənnə

30 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Şahdəniz" yatağında ümumilikdə bu qədər qaz əldə olunub


"Şahdəniz" yatağında ümumilikdə bu qədər qaz əldə olunub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Şahdəniz" yatağında ümumilikdə bu qədər qaz əldə olunub

“Şahdəniz” yatağından hasilatın başlanğıcından indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub. 200 milyardıncı kubmetr qaz bu il avqustun 26-da, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) istismara verildiyini elan etməyimizdən 16 il yarım sonra əldə olunub.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə “BP-Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, 2006-cı il dekabrın 15-də baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bu günədək “Şahdəniz Mərhələ 1” qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

“Şahdəniz” yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni “Şahdəniz 2” layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.

“Şahdəniz Mərhələ 2” layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaratdı. 2020-ci ilin dekabrından başlayaraq “Şahdəniz” qazı Avropa bazarlarına nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır.

Ümumilikdə, “Şahdəniz Mərhələ 2” çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.
2023-cü il “Şahdəniz” üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə “Şahdəniz 2” quyuları işə salınacaq.

Hazırda “Şahdəniz Alfa” (11 quyu) və “Şahdəniz Bravo” (14 quyu) - platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov deyib: “BP olaraq “Şahdəniz”lə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir. Onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur qurmağın öhdəsindən gələ bildik”.
“Xüsusilə qürur duyuruq ki, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və səmərəli şəkildə nail olmuşuq. “Şahdəniz” sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi istiqamətində həm BP-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir layihədir. İnanırıq ki, “Şahdəniz”in böyük gələcəyi var. Hazırda biz “Şahdəniz”də mövcud məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu “Şahdəniz”in uzunmüddətli hasilat ömrünü təmin etmək plan
larımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”, - deyə E.Məmmədov bildirib.

Məlumat üçün bir sıra faktlar və göstəriciləri qeyd edək: “Şahdəniz” ilk dəfə olaraq Xəzər ehtiyatlarını birbaşa Avropa qaz bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı BP-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir. “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. İlkin hesablamalara görə bütövlükdə “Şahdəniz” yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var. Əməliyyatlara başlayandan indiyədək Şahdəniz yatağından 42,4 milyon ton (342 milyon barel) kondensat hasil edilib. “Şahdəniz 2” Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada BP şirkətinin idarə etdiyi ən iri və ən mürəkkəb sualtı infrastrukturdur. “Şahdəniz” layihəsi texniki təhlükəsizlik üzrə çox yüksək göstəricilərə malikdir. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi “Şahdəniz” çərçivəsində 20 ətraf mühitə təsirin qiymətləndirilməsi və 54 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

Son Xəbərlər