Aysunun keçmiş əri Eşqinin nə səbəbə həbs olunduğu bilindi - YENİLƏNİB/TƏFƏRRÜAT
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Xəbəroxu.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
*** 11:18
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Xəbəroxu.Az olay-a istinadən xəbər verir ki, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin aprelində boşanıb.