Cinsiyyət dəyişdirən gözəl aktrisanın son halı heyrətləndirdi..
"Emret Komutanım" serialında fotoqraf Fato roluyla yadda qalan aktrisa Nil Erkoçlar cinsiyyət dəyişdirib adının Rüzgar Erkoçlar olduğunu bəyan etmişdi. Aktrisa 2013-cü ildə cinsiyyət dəyişdirdikdən sonra aktyorluq sənətini atıb, gözdən uzaq həyat yaşamağa başlamışdı. Cinsiyyət dəyişdirdikdən az sonra evlənən Rüzgar müxtəlif sahələrdə işləyərək, ailəsini saxladığını bildirib.
WhatsApp Image 2023-04-18 at 13.25.26-min.jpg42.54 KB Müsahibələrindən birində özünü uşaqlıqdan fərqli hiss etdiyini, qız bədəninin ona yad göründüyünü demişdi. Rüzgar cinsiyyət dəyişimi proseslərinə başlamazdan iki il öncə psixoloji və hormonal reablitasiya keçdiyini, hələ o zamanlardan indiki xanımın dəstəyini hiss etdiyini də vurğulamışdı.