Gündəlik məzənnə

8 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Afaq Bəşirqızından mərhum bəstəkar haqqında ŞOK SÖZLƏR


Afaq Bəşirqızından mərhum bəstəkar haqqında ŞOK SÖZLƏR
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Afaq Bəşirqızından mərhum bəstəkar haqqında ŞOK SÖZLƏR

Xalq artisti Afaq Bəşirqızı mərhum bəstəkar Tahir Əkbər barədə maraqlı açıqlama verib.

Xəbəroxu.Az-ın xəbərinə görə, müğənni Xatunun sosial şəbəkə hesabındakı canlı bağlantısında Afaq xanım müasir dövrümüzdə keyfiyyətsiz mahnılara görə müğənnilərin işinin çətin olduğunu deyərək əlavə edib:

“Ölən bəstəkarlarımızın hamısı üçün çox üzülmüşəm, təəssüflənmişəm. Oqtay Kazımi, Emin Sabitoğlu və başqaları.
Amma məni Tahir Əkbər qədər yandıran olmadı. Allah mənə imkan yaratsın, o kişi üçün nə isə eləyim. Ona hətta normal məzarlıq da çox görüldü. Ailəsinin ürəyincə olmayan yerdə basdırdılar. Abırlı insan başqa şeydir. O müğənnilərə mahnı yazıb verirmiş, amma gətirib pulunu vermirlərmiş. Allah ona qəni-qəni rəhmət eləsin".

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar tahir Əkbər 2018-ci ildə 72 yaşında vəfat edib. "Qurd qapısı" məzarlığında dəfn olunub. Ailəsi onun məzar yeri ilə bağlı narazılıq etmişdi. /// lent.az

JK_1683283584-min.jpg 75.38 KB

Son Xəbərlər