Gündəlik məzənnə

22 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Akif İslamzadə ilə gənclərin görüşü keçirilib


Akif İslamzadə ilə gənclərin görüşü keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Akif İslamzadə ilə gənclərin görüşü keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və  Gənclər və İdman Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə gənclərin görüşü keçirilib.
Xeberoxu.ax bildirir ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutan tədbirdə çıxış edən layihə koordinatoru Riad Cəbrayılov bildirib ki, Akif İslamzadənin yaradıcılığı sahə üzrə təhsil alan və fəaliyyət göstərən gənclər üçün örnək bir məktəbdir. Layihənin məqsəd və hədəflərindən bəhs açaraq gənclərin mədəni maarifləndirilməsində incəsənət nümayəndələri ilə təmasların daimi inkişafının xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.  
Görüşdə sənətçi Akif İslamzadə Azərbaycan musiqi mədəniyyəti, estrada-vokal sənətinin tarixi və inkişafı, müasir dövrümüzdə milli musiqi sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşüb, habelə Səmray Əliyevanın moderatorluğu ilə “Milli vokal sənətinin inkişafı”, “Zəngin musiqi irsimiz” və “Səhnə yaradıcılığı” mövzularında panel müzakirə aparılıb.  
Tədbirin bədii hissəsində gənc cazmen, pianoçu Məhəmməd Allahverdiyev “Arzu” və vokalçılar Lalə İbrahimova, Sübhan Rüstəmov, Telman Budaqov Akif İslamzadənin ifasında sevilən digər nəğmələr və Azərbaycan bəstəkarlarının müxtəlif əsərləri tamaşaçılara təqdim ediblər.
“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.



Zeynəb Abbasova

Son Xəbərlər