Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Almaxanım Əhmədli ABŞ-də musiqi proqramı ilə çıxış edib


Almaxanım Əhmədli ABŞ-də musiqi proqramı ilə çıxış edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Almaxanım Əhmədli ABŞ-də musiqi proqramı ilə çıxış edib

Ümummilli lider Heydər Əliyevin ABŞ - də keçirilən 100 illik yubileyində Almaxanım Əhmədli musiqi proqramı ilə çıxış edib.     

Xeberoxu.Az
xəbər verir ki, ABŞ-də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər davam edir. Bu dəfəki tədbirə Şimali Korolina ştatı ev sahibliyi edib.

Tədbir Azərbaycanın ABŞ-dəki səfirliyi və Azərbaycan-Amerika dostluq cəmiyyətinin dəstəyi ilə Çapel Hill şəhərində yerləşən Aziz Sancar adına Türk Mədəniyyət Mərkəzində baş tutub.

Tədbirdə ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim, Çapel Hill şəhərinin meri Pəm Heminqer,Azərbaycan Dostluq cəmiyyətinin rəhbəri Adika İqbal , diplamotik korpusun təmsilçiləri, yerli Azərbaycan, Türk, Pakistan icmasının nümayəndələri, iş adamları, yerli universitetlərin tələbə və müəllim heyətinin nümayəndələri iştirak etdilər. 
Tədbirdə Azərbaycanın ABŞ- dəki səfiri Xəzər İbrahim, Çapel Hill şəhərinin meri Xanım Pəm Heminqer , Azərbaycan dostluq cəmiyyətinin rəhbəri Adika İqbal çıxış ediblər.

Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Müstəqilliyinin möhkəmlənməsində xidmətlərindən, onun uzaqgörən daxili və xarici siyasətini qeyd etdilər. Habelə ölkəmizin zəngin mədəni və tarixi irsi barədə məlumat veriblər.

Bundan əlavə, tədbirdə 44 günlük Vətən Müharibəsi və 1 günlük savaş zamanında Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Prezident İlham Əliyevin əvəzsiz rolu da vurğulandı. Azərbaycanın ərazi bütövlüyünün və Dövlət suverənliyinin tam və qəti sürətdə bərqərar olunması iftixar hissi ilə bildirilib.

Şəhərin meri xanım Pəm Heminqer çıxışında müxtəlif ölkələrdən olan icmaların bir araya gətirməsində yerli Azərbaycan icmasının böyük rolu olduğunu qeyd edib.

Tədbir çərçivəsində Nobel mükafatı laureatı Əziz Sənçərə Nizami Gəncəvi qızıl medalı təqdim olunub.

Əziz Sənçar öz çıxışında dahi Nizami Gəncəvi adını daşıyan medalla təltif olunduğu üçün böyük şərəf duyduğunu bildirib.

ABŞ-dəki Azərbaycan səfirliyi tərəfindən Qarabağ məktəbinə aid Şuşa xalçası xatirə hədiyyəsi olaraq təqdim olunub.

Tədbir Azərbaycan milli musiqi və rəqsləri ilə davam etdi. Tədbirdə AZTV - nin və Beynəlxalq Muğam Mərkəzinin solisti , sevilən müğənni , 6- cı Televiziya Muğam Müsabiqələrinin qalibi( Qran-,Pri mükafatçısı) Almaxanım Əhmədlinin  çıxışı iştirakçılar tərəfindən rəğbətlə və alqışlarla qarşılanıb.

Tədbir iştirakçıları həmçinin Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə təşkil olunmuş foto sərgi ilə tanış olublar.

Tədbirin sonunda Azərbaycan - ABŞ dostluq cəmiyyətinin fəallarına sertifikatlar təqdim olunub.

Yubiley tədbirləri davam edir.

Oktyabrın 24-də Kaliforniya ştatında Azərbaycan İcmasının təşkilatçılığı ilə Almaxanım Əhmədli geniş konsert proqramı ilə çıxış edəcək.

Son Xəbərlər