Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Arif Babayevə görə bir araya gəldilər


Arif Babayevə görə bir araya gəldilər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Arif Babayevə görə bir araya gəldilər

Azərbaycanın Xalq artisti, görkəmli muğam ifaçısı, professor Arif Babayevin istedadlı yetirmələrinin öz ustadlarının 85 illik yubileyinə sənət töhfəsi olaraq Heydər Əliyev Sarayının səhnəsində hazırladıqları “Arif Babayevin muğam dünyası” adlı konserti baş tutub.

Xeberoxu.az  bildirir ki, Arif Babayevin ünlü tələbələri və ökənin tanınmış xanəndələri sənətçinin repertuarında uzun illər aparıcı yer tutmuş və populyarlaşmış muğam və təsnifləri paytaxtın baş konsert səhnəsində yüksək sevgi və coşqu ilə səsləndiriblər. 

Arif Babayev sənətinin pərəstişkarları Xalq artistləri Mələkxanım Eyyubovanın, Zabit Nəbizadənin, Könül Xasıyevanın, Əməkdar artistlər Gülüstan Əliyevanın, Nuriyyə Hüseynovanın, Almaz Orucovanın, Zakir Əliyevin, Cabir Abdullayevin, Firuz Səxavətin, Elnarə Abdullayevanın, Ehtiram Hüseynovun, Könül Kərimovanın, Sevinc Sarıyevanın, Babək Niftəliyevin və başqaları gecədə ürəkaçan ifaları ilə hər kəsi feyziab ediblər..

Eyni zamanda Arif Babayev çıxışında “Mən xoşbəxt sənətkaram ki, həyatımın 70 ilini muğam dünyasında keçirmişəm və yolumu davam etdirən istedadlı yetirmələrim var. Bu gecə mənim ömrümü xeyli uzatdı. Bir daha inandım ki, xalq dəyərli sənəti həmişə uca tutur. Dövlətimiz də xalqın sevdiyi sənət və sənətkarı himayə etməklə bu sahədə həmişəyaşarlığa təminat yaradır” deyə əlavə edib

Son Xəbərlər