Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Aylardır itkin düşən aktyorun cəsədi sandıqdan tapıldı


Aylardır itkin düşən aktyorun cəsədi sandıqdan tapıldı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Aylardır itkin düşən aktyorun cəsədi sandıqdan tapıldı

4 aydır itkin düşən braziliyalı aktyor Ceferson Maçadonun cansız cəsədi yerin altında basdırılmış sandıqda tapılıb.

 Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində yaşayan Maçadonun qohumları onun itkin düşməsi barədə fevralın 9-da hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Maçado ilə son olaraq əlaqə saxlayan 73 yaşlı anası Maria das Dores olub.

Anası oğlu ilə sonuncu dəfə yanvarın 29-da danışdığını və oğlunun iş müsahibəsi üçün dostunun evində qaldığını bildirib.

Polislər fevralın 9-dan bəri axtardıqları Maçadonu Riodakı mülklərin birində, təxminən 2 metr yerə basdırılmış taxta sandıqda tapıb.

44 yaşlı aktyorun ölümü barədə məlumat verilməsə də, ailə vəkilləri onun boynuna məftil bağlandığının aşkar edildiyi üçün boğularaq ölə biləcəyini irəli sürüb.

Qeyd edək ki, Maçado aktyorluqdan əlavə prodüser və səhnə dizaynı işlərində çalışıb.

Son Xəbərlər