Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Azdrama”nın aktyoru getdi - “İşə mane olan hər kəs ayrılmalıdır”


“Azdrama”nın aktyoru getdi - “İşə mane olan hər kəs ayrılmalıdır”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Azdrama”nın aktyoru getdi - “İşə mane olan hər kəs ayrılmalıdır”

Akademik Milli Dram teatrının aktyoru Ziya Ağa teatrdan ayrıldığını bildirib.

Xeberoxu.Az-ın xəbərinə görə, bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Bildirib ki, teatrın perspektivli layihələri onun iş qrafiki ilə üst-üstə düşmədiyi üçün teatrdan ayrılmalı olub. Bununla belə aktyorun yazdığı bir cümlə marağa səbəb olub. Qeyd edib ki, teatrın işinə maneə olan hər kəs oradan uzaqlaşmalı və uzaqlaşdırılmalıdır.

Sosial şəbəkələrdə  aktyorun teatrın baş rejissoru Mehriban Ələkbərzadə ilə yola getmədiyi barədə məlumatlar yayılıb. O isə bu barədə fikir bildirməyərək, rejissora gələcək işlərində uğurlar arzulayıb.


“Aktyor Ziya Ağa Akademik Milli Dram Teatrından öz xahişi, ərizəsi ilə işdən azad olunub. Ziya Ağa sosial şəbəkə hesabında bununla bağlı ətraflı yazıb. Bildirib ki, teatrın gələcəyi üçün uğurlu perspektiv vəd edən planları, iş qrafiki mənim planlarımla üst-üstə düşsə də, iş qrafikimlə üst-üstə düşmədiyindən teatrdan ayrılmalı oldum. Ziya Ağa teatr rəhbərliyinə təşəkkür edib, kollektivə uğurlar arzu edib. 

Biz də Ziya Ağaya bütün işlərində uğurlar arzu edirik. Yolu açıq olsun!”,-  teatrın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Son Xəbərlər