Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb


"Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan dili və Ədəbiyyatı" Forumu başlayıb

Azərbaycanda ilk “Azərbaycan dili və Ədəbiyyatı” Forumu başlayıb.

Xeberoxu.Az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində “Azərbaycan dili və Ədəbiyyatı” Forumu keçirilir.

Forumun açılışı sentyabrın 1-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxıda baş tutub.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət etdikdən sonra ədəbi-bədii proqram təqdim edilib.

Tədbiri giriş sözü ilə mədəniyyət naziri Adil Kərimli açıb, daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib.

Qeyd edək ki, Forum öz işini sentyabrın 2-3-ü Bakıda, “Gülüstan” Sarayında davam etdirəcək.

Son Xəbərlər