Gündəlik məzənnə

22 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Brilliant Dadaşova: "Gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən şərəfsiz..."


Brilliant Dadaşova: "Gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən şərəfsiz..."
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Brilliant Dadaşova: "Gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən şərəfsiz..."

Xalq artisti Brilliant Dadaşova İrəvanda keçirilən Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılmasına sərt reaksiya verib. 


 Xəbəroxu.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında mahnılarından birini paylaşaraq bu sözləri yazıb:

"Avropa çempionatının açılışında gücünün yalnız bayrağa çatdığını nümayiş etdirən zavallı şərəfsizə həsr olunur. Bu musiqini 1988-ci ildə ifa etmişəm. Çəkiliş 1990-cı ilindir. Musiqisi Gülərə, sözləri Dəmir Gədəbəyliyə aiddir". 

Məlumat üçün bildirək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində təxribatçı erməni Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. Ona cinayət işi açılmayıb. Bu barədə Aramın vəkili Aleksandr Qoçubayev məlumat verib. Məlumata görə, istintaq zamanı bu əməldə “cinayət tərkibinin olmadığı” bildirilib.

Son Xəbərlər