Gündəlik məzənnə

12 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

DÜNYA İTALİYA MƏTBƏXİ HƏFTƏSİ


DÜNYA İTALİYA MƏTBƏXİ HƏFTƏSİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

DÜNYA İTALİYA MƏTBƏXİ HƏFTƏSİ

 Hər il olduğu kimi bu il də, İtaliya Respublikasının Azərbaycandakı Səfirliyi, ITA-İtaliya Ticarət Agentliyi ilə birlikdə ərsəyə gətirdiyi “Aralıq dənizi pəhrizi və köklərinin mətbəxi: Sağlamlıq və Ənənə ” mövzusuna həsr olunmuş Dünya İtaliya Mətbəxi Həftəsinin IX buraxılışı təşkil olunacaq. Bu ilki tədbirin əsas hədəfi, İtaliya mətbəxinin, xüsusən də onun ənənəvi köklərinin, xüsusilə də bu mətbəxdə Aralıq Dənizi pəhrizinin sağlamlığın qorunmasında, sağlam, balanslı və davamlı həyat tərzində oynadığı mühüm rolunu vurğulamaqdır. 2024-cü ildə Azərbaycanda keçiriləcək tədbirdə İtaliyanın Mişelin ulduzlu məşhur aşpazı- şef Andrea Berton iştirak edəcək. İtaliya mətbəxi həftəsinin başlamasını elan etmək məqsədilə, JW Absheron Marriott hotelində yerli media nümayəndələri və bloggerlər üçün xüsusi pres konfrans təşkil olunacaq. Konfransda İtaliyanın ölkəmizdəki Səfiri Luka Di Canfrançesko, İtaliya Ticarət Agentliyinin Direktoru Andrea Makkaniko və aşpaz Berton iştirak edəcək. Mətbuat konfransının sonunda təşkil olunacaq xüsusi italyansayağı lanç fasiləsi zamanı şef Berton ilə müsahibə götürmək imkanı olacaq. 

Aşpaz AZTV dövlət televiziyasının ən məşhur kulinariya proqramlarının birində “GÜNƏ DAVAM” proqramında canlı yayınla özünəməxsus şəkildə hazırlanmış italyan yeməyi “Risotto alla milanese con timballo di ossobuco” ilə yerli ictimaiyyətin qarşısına çıxacaq. 4 və 5 dekabr tarixlərində, JW Absheron Marriott Hotel-in tərəfdaşı olduğu Oro Nero Restoranında iki eksklüziv şam yeməyi təşkil ediləcək. Şef Berton, seçilmiş dövlət rəsmiləri və iş dünyasının yüksək səviyyəli nümayəndələri üçün xüsusi bir menyu təqdim edəcək. Mətbuat konfransı, həmçinin Bakıda dekabr ayının ortalarına qədər keçiriləcək əlavə tanıtım tədbirləri haqqında məlumat verəcək və İtalyan mətbəxinin UNESCO-nun qeyri-maddi mədəni irsi kimi namizədliyini təqdim edəcək 

Son Xəbərlər