Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Əməkdar artist: "Dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə...”


Əməkdar artist: "Dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə...”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Əməkdar artist: "Dedim ki, sənətimə həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu verim sənə...”

"Anam gənclik illərimdə məni verilişlərə, studiyalara, atam isə əlimdən tutub məni el şənliklərinə, toylara aparırdı. Gözündən qoymurdu ki, birdən balama xətər toxunar, çünki bizim sənətimiz çətin idi. Sovetski məhəlləsində böyümüşəm. Atamız bizə icazə verməyib ki, gedib veyil-veyil küçələri gəzək. Biz bazar-dükan bilməmişik. Atam qarışqa kimi daşıyıb, gətirib. İndi mən atamın rolunu oynayıram".

Xəbəroxu.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.

"Mən möhkəm qadınam, həyat məni bərkidib. Amma həssas, kövrək qəlbim var. Qarmonu toydan-toya, efirdən-efirə əlimə götürürəm. Yalandan deyim ki, evdə məşq edirəm, yalan olar. O vaxt Brilliant Dadaşovanın anası Qızxanım Dadaşova məni toylara göndərirdi. Gündüz paltar kəsdilərə mən gedirdim, axşam da o gəlirdi. Ona baxa-baxa sənəti öyrənirdim. Sənəti oxumaqla, təhsil almaqla öyrənmirlər. Adam var ki, oxuyur, amma ortalıqda bir şey yoxdur. Amma kaş ki təhsil alardım. Toylar imkan vermədi təhsil almağa. Bəzən öz-özümə deyirəm ki, "Gövhər, bəsdir ifa etdin, sən yorulmursan?". Sonra özüm də cavab verirəm ki, "Mənim çörək gətirənim axı yoxdur, çörəyim bundan çıxır". Qarmonu atsam mənə kim baxar?! Allah çox verib azdırmasın, az verib möhtac etməsin! Bir qaydada getmək istəyirəm. Bir adam mənə illər əvvəl dedi ki, "Qarmonuna o qədər həsəd aparanlar var ki". Ona dedim ki, həsəd aparırsansa, pul qazanan ərini mənə ver, qarmonu sənə bağışlayım (gülür). Sən axı gecə yuxusuz qalmamısan, kürəyini ayaz aparmayıb, tər tökməmisən. Mən bir çox ərli qadınlardan da xoşbəxtəm. Onlar ərlərinin əlinə baxırlar, mənə isə Allah ruzi verir", - deyə qarmon ifaçısı bildirib.

Əməkdar artist Gövhər Rzayeva bu gün təşkil olunan xınayaxdı mərasimlərindən də danışıb.
"İndi xınayaxdı mərasimlərini də çox ucuzlaşdırıblar. O qədər artıq şeylər əlavə ediblər ki, heç biri də lazım deyil. Vallah, artıq xərcdir. Əvvəl xınayaxdılar gündüz saat 12-dən başlayardı, 3-ə, 4-ə qədər bitərdi. O vaxt musiqiçinin adına qazan asılardı, xüsusi yerlər hazırlanardı. İndi musiqiçinin üzünə baxan yoxdur. Gözlər ancaq müğənniləri axtarır. Bilmirəm nə görüblər bu müğənnilərdə?! O vaxt səs gücləndiricilər yox idi, indi adam bu səs-küydən yorulur. Handa bir adam güc-bəla ilə oynayardı, indi hamısı bir-birinə qarışıb. İndi musiqiyə qulaq asmırlar. Bir lirik ifa edən kimi, deyirlər ki, "Bəsdir daha, bir oyun havası ifa et, oynayaq". Qəşəng şabaş var idi, səhərə kimi pul sayardıq", - deyə Əməkdar artist bildirib.

Son Xəbərlər