Gündəlik məzənnə

25 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hadise şikayət etdi: 3 aparıcının həbsi tələb olunur


Hadise şikayət etdi: 3 aparıcının həbsi tələb olunur
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hadise şikayət etdi: 3 aparıcının həbsi tələb olunur

Türkiyəli müğənni Hadise Açıkgözün şikayəti əsasında şou-biznes proqramı aparıcıları və şərhçiləri Seren Serengil, Bircan Bali və Artonun həbsi tələb olunur.

 Xəbəroxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, şərhçilərə "təhqir"ə görə 3 aydan 4 il 8 aya qədər həbs tələbi ilə ayrıca ittiham aktı hazırlanıb.

Hadise hər üç aparıcını onu rüsvay etmək üçün davamlı olaraq pis şərhlər işlətdiklərindən, şərhlərinin təhqiramiz olduğundan şikayətlənib.


İstanbul Respublika Prokurorluğu tərəfindən onlar haqqında ayrı-ayrılıqda aparılan istintaqlar tamamlanıb.

Seren Serengilə 5 aydan 4 il 8 aya, Bircan Bali və Artoya 3 aydan 3 il 6 aya qədər həbs cəzası istənilir.

Onlar yaxın günlərdə hakim qarşısına çıxacaq.

Xatırladaq ki, Hadisə ilə Rza Zərrab arasında olduğu iddia edilən münasibətlə bağlı səsləndirdiyi fikirlərə görə, verilişin aparıcıları Seren Serengil, Bircan Bali və Arto haqqında istintaq başladılmışdı.

Son Xəbərlər