Gündəlik məzənnə

28 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“İkimiz də başımıza nə iş gələcəyini bilmirdik”


“İkimiz də başımıza nə iş gələcəyini bilmirdik”
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“İkimiz də başımıza nə iş gələcəyini bilmirdik”

“Əslində Azərbaycandan gedərkən heç bir zaman işin buralara qədər gələcəyini bilmirdim. Çünki Ceyhun (həyat yoldaşı – red.) mənə “Sən işinə davam edəcəksən, heç narahat olma. Əlimdən gəldiyi qədər səni dəstəkləyəcəyəm” – demişdi".

Xəbəroxu.Az xəbər verir ki, bu sözləri uzun illər Türkiyədə yaşayan, bu yaxınlarda Azərbaycana qayıdan müğənni İradə İbrahimova “Özəl” proqramında qonaq olarkən deyib.

Sənətçi ailə həyatı qurub Türkiyəyə köçəndən sonra sənətini ikinci plana qoymasından söhbət açıb: 

"İkimiz də başımıza nə iş gələcəyini bilmirdik. O, ata, mən ana olandan sonra gördük ki, biz böyük bir məsuliyyətin qarşısındayıq. Belə bir qərar verib dünyaya övlad gətirmişik. Bu, oyuncaq deyil. Övladdan nə istəsən, yetişdirə bilərsən. İstər zalım, istər alim. Dedim ki, mən nə iş görmüşəm? Ondan sonra öz işimi geri plana atdım”. 

Qeyd edək ki, İradə İbrahimovanın iki övladı var.



Son Xəbərlər