Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Milli Musiqi Günü münasibətilə tədbir keçirilib


Milli Musiqi Günü münasibətilə tədbir keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Milli Musiqi Günü münasibətilə tədbir keçirilib

Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində Milli Musiqi Günü münasibətilə tədbir keçirilib.

Xeberoxu.Az
xəbər verir ki, tədbir, həmçinin Niyazinin Mənzil Muzeyinin açılışının 29-cu ildönümünə təsadüf etdiyindən mərasim Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü il sentyabrın 18-də muzeyin açılışındakı nitqinin videoyazısı ilə başlayıb.

Bədii hissədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın artistləri Ülviyyə Əliyeva, Ruslan Mürsəlov, Kamil Həsənov (f-no), musiqişünas, vokalçı Sevinc İbrahimova, Mircəfər Mövsümzadə (tar, vokal), Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Elmira Dadaşova (violin), Arzu Səfərovanın (f-no), Bakı Musiqi Akademiyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Fidan Əmişovanın (f-no) ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış və muzeyin fəaliyyətini əks etdirən slayd-şou təqdim edilib.

Tədbir iştirakçıları foyedə muzeyin fəaliyyətini əks etdirən “Niyazinin Mənzil Muzeyi” fotosərgisi ilə tanış olublar.

Son Xəbərlər