Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Röyadan dostlarına müraciət - VİDEO


Röyadan dostlarına müraciət - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Röyadan dostlarına müraciət - VİDEO

 “Deyəsən, ayın 13-ü zal bomboş olacaq. Hamı 14-ü gələcək. O zamanda qapıda qalacaqlar”. 

Xəbəroxu.Az xəbər verir  ki, bu sözləri Xalq artisti Röya Ayxan instaqramda paylaşdığı videoda deyib.  İyunun 13-ü məclis keçirməyi planlaşdıran sənətçi dəvətnamədəki tarixin yanlış anlaşıldığını bildirib.

“Zamiq mənə zəng vurub. Bax, evin içidir, deyir, Roşka, mən ayın 14-ü toydayam, bağışla, gələ bilməyəcəm. Mən də deyirəm kim dedi ki, sənə ayın 14-ü nəsə edirəm? Deyir, burada elə yazılıb.

Qardaş, “14/41” başqa şeydir. Bir gəlin, görün də. Bu, ad günü deyil, bəlkə saat 12-i keçəndən sonra sizlə tort kəsəcəm. Dəvətnamədə yazılan tarix ayın 13-dür. Dostlarım, dəvətnaməyə yaxşı baxın. Bir-birinizə də deyin, 14-ü gəlib qapıda qalmayasız.
Gözəl enerji ilə, ağappaq, saf duyğularınızla gəlin. Neçə illərdən sonra sürpriz hazırlamışıq və görməyinizi çox istəyərdim. Sizi çox sevirəm. Gəlin, birlikdə əylənək. 13 iyun, dostlar. 

Məcbur etdiz ki, video çəkim. Hamı mənə 14-ü yazanda dedim “vaxsey”, ayın 13-ü deyəsən, zal bomboş olacaq. Hamı 14-ü gələcək o zamanda qapıda qalacaqlar” – deyə, Estrada ulduzu bildirib.

Son Xəbərlər