Gündəlik məzənnə

20 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Teatr sənətində pul yoxdur"


"Teatr sənətində pul yoxdur"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Teatr sənətində pul yoxdur"

"İnsanların gülüşə, təbəssümə ehtiyacı var. Amma həmin insanlar bir neçə gün keçir, deyirlər ki, biz nəyə güldük? Onlar nə deyirdilər? Bütün həmkarlarıma yaşından asılı olmayaraq, arzu edirəm ki, güldürdükləri kimi düşündürsünlər".

Xeberoxu.az bildirir  ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Gündən-günə" verilişində deyib. Aktrisa teatr sənətində pul qazanılmadığını bildirib:

"Çox istedadlı aktyorlarımız var. Onlar yetişirlər. Əgər onlar məbəddə (teatrı nəzərdə tutur – red.) işləməsələr və rejissorların nəzarətində olmasalar, tam sənəti dərk etməyəcəklər. Bizim sənətimizdə pul yoxdur. Düzdür, Musiqili və Opera teatrında fərli maaş var. Amma... O hisslər ki, insanlarda bura niyə gəldim, nəyə baxdım, niyə güldüm... İstəmirəm belə suallar olsun. Çünki o mənə də toxunur. Getmisən, baxmısan, xoşuna gəlib, indi isə deyirsən ki, mən nəyə güldüm? Bunu sən özün özlüyündə təhlil et ki, niyə getdin, baxdın və güldün. Gülməsin də nə etsin, hara getsin? O da var".



Son Xəbərlər