Gündəlik məzənnə

9 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Teatrla cəmiyyət arasında UÇURUM: Gənclərin tamaşalara maraqları niyə AZDIR?


Teatrla cəmiyyət arasında UÇURUM: Gənclərin tamaşalara maraqları niyə AZDIR?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Teatrla cəmiyyət arasında UÇURUM: Gənclərin tamaşalara maraqları niyə AZDIR?

XIX əsrin 70-ci illərində yaranan teatr mədəniyyət tariximizdə böyük rol oynayıb. Amma çox təəssüf ki, teatra əvvəlki illərdə olan maraq bu gün özünü göstərmir. Müasir gənclər asudə vaxtlarını sosial şəbəkələrdə keçirməyə daha çox üstünlük verirlər. Sanki kitab oxumaq, maarifləndirici tamaşalar izləmək gəncləri elə də cəlb etmir.

Bəs teatrlara marağın azalmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan teatrşünas Aygün Süleymanovanın sözlərinə görə, insanlara elə tamaşalar hazırlanıb, nümayiş olunmalıdır ki, tamaşaçı asudə vaxtlarını teatra getməyə sərf etsin:

"İlk növbədə düşünməliyik ki, teatr cəmiyyətin hansı hissəsindədir? Teatra aid bütün sosial platformalarda, portallarda baş tutacaq tamaşalar haqqında məlumatlar paylaşılır. Teatr binalarının qarşısında tamaşa proqramları, afişalar hazırlanıb asılır. Bu suala birmənalı olaraq cavab vermək mümkün deyil.

Elə insanlar var ki, istirahət günlərini teatrlara üz tutmaqla keçirirlər, elə insanlar da var ki, televiziya qarşısında oturaraq. Amma biz elə etməliyik ki, indiki nəsil ilə ayaqlaşaq. Ümumiyyətlə, teatr ziyalı təbəqəyə daha maraqlıdır. Əgər tamaşaçıları kateqoriyaya bölmüş olsaq, ilk sırada ziyalılar durar".

Aygün Süleymanovanın fikrincə, teatr elə bir fəaliyyət sahəsidir ki, tamaşaçı repertuarda olan tamaşanı izləmək üçün dramaturgiyanı, pyesi anlamalıdır:

"Ümumiyyətlə, teatr sahəsinə maraq göstərənlər ədəbiyyatı anlamalı, mütaliəni bacarmalıdırlar. Teatr ölkənin güzgüsüdür. Mədəniyyət mərkəzi olan teatr mütləq olmalıdır. Teatrla cəmiyyət arasında uçurum tanıtımın az olmasından irəli gəlir və bu uçurumu mütləq həll etmək lazımdır".

Son Xəbərlər