Gündəlik məzənnə

19 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Vaqif Mustafayev: "Elxan Qasımov bir rolla yaddaşlarda qalıb"


Vaqif Mustafayev: "Elxan Qasımov bir rolla yaddaşlarda qalıb"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Vaqif Mustafayev: "Elxan Qasımov bir rolla yaddaşlarda qalıb"

"Mən bilmirəm öz fikirlərimi necə ifadə edim. Bu gün bizlərdən biri son mənzilə yola salındı. 50 ildir ki, mən bu adamı tanıyırdım. Onun gülərüz, yumorlu adam olduğunu hamı bilir. Mən 1973-cü ildə kinostudiyaya gələndə bildim ki, o, "Şofer Əhməd"dir. O, çox rol oynamayıb, amma bir rolla yaddaşlarda qalıb".

Xəbəroxu.Az baku.ws-ə istinadən xəbər verir ki. bu sözləri Xalq artisti Vaqif Mustafayev deyib.

Hazırda Elxan Qasımovun vida mərasimində iştirak edən Vaqif bəy onun istənilən mərasimdə pozitivliyini qoruduğunu və zarafatlarından qalmadığını bildirib:

"Sonuncu dəfə onu bir yas məclisində gördüm. Salamlaşdıq. Mənlə xeyli zarafatlaşdı. Daha sonra bir az danışdıq. Gülərək məni təbrik etdi. Məni prezident təqaüdünə layiq görülməyimə görə təbrik etdi".

Məlumat üçün bildirək ki, 78 yaşlı Elxan Qasımov bu gün Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn olunacaq.

Son Xəbərlər