Gündəlik məzənnə

16 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xalq artisti Cavan Zeynallı ilə gənclərin görüşü keçiriləcək


Xalq artisti Cavan Zeynallı ilə  gənclərin görüşü keçiriləcək
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xalq artisti Cavan Zeynallı ilə gənclərin görüşü keçiriləcək

 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və  Gənclər və İdman Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyi və “CƏNGİ” Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, sevilən cazmen, müğənni Cavan Zeynallı ilə gənclərin görüşü keçiriləcək.

Xeberoxu.az bildirir ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində 6 sentyabr, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq. 

Görüşdə Xalq artisti Cavan Zeynallı Azərbaycan musiqi mədəniyyəti, estrada-vokal və caz sənətinin tarixi və inkişafı, “Qaya” Dövlət Vokal Ansamblının fəaliyyəti, populyar musiqi sənətinin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşəcək, habelə “Caz ifaçılığı sənətinin inkişafı”, “Retro musiqi irsimiz” və “Səhnə yaradıcılığı” mövzularında panel müzakirə aparılacaq.  

Tədbirin bədii hissəsində Cavan Zeynallının və gənc pianoçuların ifasında  müxtəlif sevilən nəğmələr və əsərlər tamaşaçılara təqdim olunacaq.


 “MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.

 



Son Xəbərlər