Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

2020-ci ildəki zəfərimizin təməlini qoyan " I Qarabağ" müharibəsi.


  • 0
2020-ci ildəki zəfərimizin təməlini qoyan  " I Qarabağ"  müharibəsi.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

2020-ci ildəki zəfərimizin təməlini qoyan " I Qarabağ" müharibəsi.

I Qarabağ müharibəsi bir dəhşət, bir vəhşət. 1-ci Qarabağ müharibəsi bir əzab, bir əziyyət. 1-ci Qarabağ müharibəsi körpələrin naləsi, onların fəryadı. 1-ci Qarabağ müharibəsi səmanın acısı, millətin cəfası.

Bəli, bu millət görəcəyini həmən dövrdə gördü, Məhz o zamanın acı xatirələri çox gözləri ağlar qoymuşdu. Öz doğma yurdundan didərgin düşən insanların fəryadı günəşi ağladıb ümidlər söndürmüşdü.
1-ci Qarabağ müharibəsinin nəticəsi olaraq 100 minlərlə Azərbaycanlı öldürülmüş, 100 minlərlə ürək viran qalmışdı. 50 mindən çox həmvətənimiz əlil olmuş, milyonlarla Azərbaycanlı ürək də onlarla bərabər dərdə, qəmə batmışdı.
Bu dövrdə Ölkəmizin haqq səsini eşitməyən haqq-ədalət təmsilçisi olan beynəlxalq təşkilatlar əsl simalarını üzə çıxarmışdır. Onların heç biri xalqımıza qarşı törədilən qırğınları görmür, nədənsə, bu qətliamlara qarşı səssiz qalırdılar.
1-ci Qarabağ müharibəsi Azərbaycan xalqının müstəqil yaşaması üçün çox önəmli idi.
O dövrdə xalqımız düşmənə qarşı mübarizə apararaq 2020-ci ildəki zəfərimizin təməlini qoydu. Söhbət həmin zəfərdə gedir ki, o, dünya hərb tarixinə yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayan 2-ci Qarabağ müharibəsi zamanı Azərbaycan 44 gün ərzində düşməni öz qarşısında diz çökməyə məcbur etdi. Ölkəmiz 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək qalib oldu.
Söhbət həmin qələbədən gedir ki, onun əsasını Mübarizlər, Çingizlər qoymuş Poladlar tamamlamışdır. Sözsüz ki, Azərbaycanın bu cür qəhrəman igidləri hər zaman olub və olacaq. Onların hər biri bizim qürur mənbəyimizdir.
Bu gün Azərbaycan dünya ölkələri arasında böyük gücə və nüfuza sahibdir. Bunun səbəbi isə Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü parlaq siyasətdir.

Məmmədli Maarif

Son Xəbərlər