Gündəlik məzənnə

27 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

AB tarixində ən böyük cərimə: Polşa 550 milyondan çox cərimələnib


  • 0
AB tarixində ən böyük cərimə: Polşa 550 milyondan çox cərimələnib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

AB tarixində ən böyük cərimə: Polşa 550 milyondan çox cərimələnib

Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi Polşanın Aİ-nin məhkəmə müstəqilliyi ilə bağlı qanunlarına əməl etmədiyi qənaətinə gəlib.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bugünkü işdə, Aİ-nin ən yüksək məhkəməsi Polşanın 2019-cu il məhkəmə islahatları praktikasının Aİ qanunlarını pozduğunu iddia edərək, Aİ Komissiyasını haqlı hesab edib.

Məhkəmənin verdiyi açıqlamada, "Aİ hüququnun aliliyinin AB-nin kimliyinin ayrılmaz hissəsi olduğu" vurğulanaraq, Aİ qanunlarının üzv ölkələr üçün məcburi olduğu və Polşanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi bildirilib.

Avropa İttifaqı Komissiyası Polşaya qarşı məhkəmə müstəqilliyi prinsipini pozduğuna görə məhkəməyə müraciət edib. Polşa bu qərara etiraz edib.

Aİ Polşa hökumətini xüsusilə hakimlər üçün intizam mexanizmi yaratmaqda, bununla da hakimlərə təsir etməkdə və məhkəmə hakimiyyətinin müstəqilliyinə xələl gətirməkdə ittiham edir.

Son Xəbərlər