Gündəlik məzənnə

5 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Elnarə Bəkirova İlham Əliyevə müraciət etdi


  • 0
Elnarə Bəkirova İlham Əliyevə müraciət etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Elnarə Bəkirova İlham Əliyevə müraciət etdi

Modelyer Elnarə Bəkirova 6 apreldə qətlə yetirilən Kamran Bəkirovun cinayəti ilə bağlı Prezident İlham Əliyevə, Vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə və Daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Xəbəroxu.Az xəbər verir ki, , instaqramda canlı yayım açan iş xanımı hər kəsdən məsələnin obyektiv həll edilməsi üçün yardım istəyib:

“Atam 6 apreldə dostuyla iş görüşməsinə gedir və orada oğurlanaraq qətlə yetirilir. Özü də amansızca... Atamın qatillərinin qanun qarşısında cavab verməsi üçün əlimdən gələn hər şeyi edəcəyəm - Bir maddə ilə yox, bir neçə maddə ilə... Bu məsələyə şəffaf baxılmır.

"Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Sabunçu Rayon Prokurorluğu məsələmizə çox soyuq davranır. Dövlətimdən, Prezidentimizdən bu məsələnin Respublika Prokurorluğunun öz üzərinə götürməyini xahiş edirəm. Sakitliyimi qoruya, səbrimi basa bilmirəm. Bu, ailəm üçün çox ağır itkidir. Atam uşaqlarımıza babalıq yox, atalıq edib".

Son Xəbərlər