Gündəlik məzənnə

25 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fransa qısamüddətli daxili uçuşları qadağan edir


  • 0
Fransa qısamüddətli daxili uçuşları qadağan edir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fransa qısamüddətli daxili uçuşları qadağan edir

Fransada 2,5 saatdan az daxili uçuşlar qadağan edilib.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan qərara görə, ölkədə qatarla alternativi olan 2,5 saatdan az daxili uçuşlar qadağan edilib.

Qadağa 3 il müddətində qüvvədə olacaq.

Nəqliyyat naziri Klement Beaune verdiyi yazılı açıqlamada, sözügedən qərarla Nant, Bordo, Lyon və Paris-Orly arasında uçuşların qadağan edildiyini bildirib.

Beaune qeyd edib ki, bu qərar istixana qazı emissiyalarının azaldılması siyasəti üçün əsas addımdır.

Bu addımın dünyada bir ilk olduğunu bildirən fransalı nazir bunun hökumətin daha az istixana qazı buraxan nəqliyyat növlərini təşviq etmək siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıb.

Son Xəbərlər