Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fransa Sudandan 388 nəfərin təxliyə edildiyini açıqlayıb


  • 0
Fransa Sudandan 388 nəfərin təxliyə edildiyini açıqlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fransa Sudandan 388 nəfərin təxliyə edildiyini açıqlayıb

Sudanda ordu ilə yarımhərbi qüvvələr arasında davam edən qarşıdurmalardan sonra Fransa vətəndaşlarının və müxtəlif millətlərdən olan mülki şəxslərin Sudandan təxliyə edildiyini açıqlayıb. 

Xəbəroxu.Az xarici mediaya istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada paytaxt Xartumda başlanan təxliyə əməliyyatlarının davam etdiyi, 388 nəfərin təxliyə edildiyi bildirilib.

Fransa Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə açıqlamasında Sudanın paytaxtı Xartumda başlayan təxliyə əməliyyatlarının davam etdiyi, dünən və bu gün hava qüvvələri tərəfindən Xartum ilə Cibuti arasında 2 uçuş həyata keçirildiyi bildirilib. Bu reyslərlə 388 nəfərin təxliyə edildiyi, təxliyə edilənlər arasında Fransa vətəndaşları ilə yanaşı, Afrika, Amerika və Asiya ölkələrinin, xüsusilə də Avropanın vətəndaşlarının olduğu bildirilib.

Son Xəbərlər