Gündəlik məzənnə

2 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İnsanı insancıq edən Ego


  • 0
İnsanı insancıq edən Ego
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İnsanı insancıq edən Ego

 
Görəsən insan olaraq bizlər, özümüzü nə dərəcədə dərk edirik. İnsanlıq dünya işlərinə çox qatışaraq sanki, özü də o dünya maddəsindən bir maddə halına gəlmişdir.

“Bu yemək mənimdir, bu geyim mənimdir”, yəni bu tip ifadələri çox demək olar, amma eynilə bu ifadələr də bizlərə özümüzü unutdurmuş olanlardır. Hər şeyin təməli enerji tezliklərinə dayanmaqdadır. Bizlər, düşüncələrimiz sadəcə enerji frekansıyıq. Bu mənimdir tipli ifadələr bizlərin enerjisini zəiflədərək parçalamaqdadır. Biz bəlkə də dərk etmirik, amma bədənlə məhdud varlıqlar deyil, kosmik yaradılışlarıq. Vücudumuzu formalaşdıran hüceyrə sistemi kainatın ruhuna, yəni enerjisinə uyğun olaraq yaranmaqda və uyğun frekansın yarandığı məkan və zaman aralığında var olmaqdadır. Hüceyrələrimiz öz ibtidai şüurlarını kainatdan almaqdadır. Hüceyrə sistemindən yaranan bizlər də, eyni ssenaryo ilə şüur əldə etmişik. Özümüzü bədənlə məhdudlasaq da, bizlər realda kosmosun görüntüsündəyik. Məqalənin bu yerində hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabında bu barədə bir qeydini yazmaq istəyirəm. Fikir bu tərzdədir: “Kainatın parçalarıyıq. Hüceyrənin beyni olan hüceyrə membranı ətraf siqnallara qarşılıq verdiyində hüceyrədə hərəkətlənmələr başlayır. Əslində, vücudumuzdakı hər fəaliyyətdə olan protein ətrafda mövcud olan bir siqnalın tamamlayıcı görüntüsü olaraq yaranmışdır”. 

Bruce H.Liptonun yuxarıdakı qeydindəki xüsusilə sonuncu fikir bizim əsil varlığımızı açıqlamaqdadır. Bizlər özümüzdən əvvəl mövcud olan və sonra da mövcud olacaq olan siqnalların tamamlayıcısı olaraq varıq. 

Kainata yön verən varlıqlar olaraq yaradıldıq, lakin özümüzü çox kiçiltmiş haldayıq. Cisimləri şəxsiləşdirərək özümüzü onlardan asılı hala salmış oluruq. Məsələn; telefonumuz xarab olduqda və ya sındıqda kefimiz pozulur və həm telefon üçün, həm də içindəki məlumatlar üçün narahat oluruq. Və ya başqa misalda, maşınımız xarab olur və ya qəzada xələl görür. Bu anda yenə də kefsiz oluruq və üstəlik təmirinə gedəcək pul da bizi daha pis hala salır. Çünki, pula da önəm veririk və bir çoxlarımız onun əsiri olmuşuq. Bütün bu halların səbəbi Egodur. Ego dedikdə cisimlərlə eyniləşmək nəzərdə tutulmaqdadır. Bizlər cisimlərlə eyniləşir, hər cismə bir ad veririk. Qoyduğumuz adlarla cisimlər önəm qazanır və həyatımızın parçasına çevrilir. Gercəkdə isə cisimlər sadəcə olaraq bir vasitə kimi görülməlidir. Indiki zamana uyğun olaraq ən önəmli vasitə puldur. Amma, bu məqamda pula önəm verməməli, pulu vasitə kimi önəmli görməliyik. Pulu bizdən asılı etməliyik. “Pulum olsa, filan şeyi edərdim” ifadəsinin əvəzinə “filan işi görməkdən ötrü x miqdar pul gərəklidir” ifadəsinin işlədilməsi daha düzgün olar. Yəni, puldan asılı olmamalı, pulu asılı etməliyik. Önəmli olan görüləcək iş olmalıdır, pul isə sadəcə vasitə kimi gərəkliliyini saxlamalıdır. 

Ego, bizi zəiflədən amildən başqa bir şey deyildir. Düzdür insanoğlu kimi bizlər tamamən egodan qurtula bilmərik. Lakin, qismən də olsa bu sahədə öz üzərimizdə çalışmalı və egonun üzərimizdə olan gücünü zəiflətməliyik. Cisimlərə, əşyalara çox da önəm yükləməməli, onları sadəcə istifadə olunan vasitə kimi qarşılamalıyıq. Bəs, əşyaları, xüsusilə pulu nəyə vasitə kimi istifadə etməliyik? 

Həyata hər kəs müəyyən işləri görmək üçün gəlməkdədir. Hər birimizin müəyyən karyera yolu olmaqdadır. Bu yol qarşısında bir çox maneələr və uğurlarla qarşılaşmaqdayıq. Məhz əşyaları və pulu həyatımızda məqsədlərimiz üçün istifadə etməliyik. Başlıca önəm verdiyimiz məqsədlərimiz olmalıdır. Çünki, bizi biz edən düşüncələrimiz və çatmaq niyyətində olduğumuz hədəflərimizdir. Hədəflər bizik, lakin digər dünyəvi olanlar isə vasitədən ötəyə keçə bilməməkdədir. 

Yaşamımız boyunca düşüncə tərzimiz və olanları qarşılamaq yöntəmimiz bizi həyatda inkişaf və ya çöküş yoluna salmaqdadır. Inkişaf yolu isə hədəflərimizə dəyər verməkdən və dünyəvi olanları sadəcə hədəf yolunda istifadə etdiyimiz vasitə olaraq qəbul etməkdir. 

Bu təbii ki, telefonu, maşını və yaxud fərqli əşyanı məsuliyyətsizcə istifadə etməyimiz demək deyildir. Zira, əgər məsuliyyətsizcə istifadə etsək, bu dəfə də israfcılıq etmiş olacaqyıq ki, bu halda da həyatımıza neqativlik yaymış olacaqdır. Mənim bildirmək istədiyim hal, əşyalarla məsuliyyətli davranmaq və hədəflər üçün isitfadə etməkdir. Əşyalara bağlanmamaq və həddi miqdarında önəmsəməkdir. Bizim insan olaraq mahiyyətimiz hədəflərimiz, qazandığımız başarılarımızdır. Tanrının yaradılışından gələrək, kosmosun görüntüsündə yaradılmış varlıqlar olaraq biz, yaradılışa yön vermək qabiliyyətində olan varlıqlarıq. Fəqət, özümüzü əşyalardan asılı hala salsaq, sadəcə nəfəs alan, hərəkət edən insancıqlara çevriləcəyik. Və bizlər insancıq olmaq üçün deyil, insan olmaq üçün yaradılmışıq. Necə ki, telefonun yaradılma mahiyyəti əlaqəni asanlaşdırmaqdır, eləcə də insanın yaradılma mahiyyəti yaradılışa yön vermək, hədəflərə ulaşmaqdır. Özümüzü, lazımınca dəyərləndirməli və düzgün psixologiya ilə yaşamalıyıq. 

 

 Məhəmməd Kərimov 

Son Xəbərlər