Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Lukaşenko:"Putin Belarusa hücumu Rusiyaya hücum kimi qiymətləndirəcəyini vəd edir"


  • 0
Lukaşenko:"Putin Belarusa hücumu Rusiyaya hücum kimi qiymətləndirəcəyini vəd edir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Lukaşenko:"Putin Belarusa hücumu Rusiyaya hücum kimi qiymətləndirəcəyini vəd edir"

Belarus lideri qeyd edib ki, NATO Polşada və Baltikyanı ölkələrdə Belarusla sərhəddə tez bir zamanda qüvvələr toplayır.

Xəbəroxu.Az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putindən Rusiya rəhbərliyinin Belarusa hücumu Rusiyaya qarşı hücum kimi qiymətləndirəcəyinə dair zəmanət aldığını bildirib. 

Belarus prezidentinin mətbuat xidmətinə yaxın Telegram kanalı cümə axşamı Lukaşenkonun bu barədə bəyanatını əks etdirən video yayımlayıb.

"Bizim birgə qrupumuz var. Onun bir hissəsi Rusiyanın qərb sərhədindədir. Mən ondan (Rusiya prezidenti - TASS) həmin qrupun bir hissəsindən istifadə etməməyi xahiş etdim. Nə isə baş verərsə, onu ehtiyatda saxlamağı xahiş etdim. Onun Cavab belə oldu: “Mən sizə söz verirəm ki, Belarus ərazisinə qarşı hər hansı bir hücum və ya sərhəddən bir addım keçmək onların Rusiyaya hücumu demək olacaq”, - Lukaşenko Putinin sözlərindən sitat gətirib.

"Mən istərdim ki, onlar (Qərbdə - TASS) bunu eşitsinlər və başa düşsünlər. Yalan danışmaqdan və saxta sözlər uydurmaqdan çəkinsinlər", - Lukaşenko əlavə edib.

O, həmçinin qeyd edib ki, NATO Polşada və Baltikyanı ölkələrdə Belarusla sərhəddə sürətlə güc toplayır.

Son Xəbərlər