Gündəlik məzənnə

23 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Mərhum müğənni Rəhim Rəhimlinin instagram profili xəbər səhifəsinə çevrildi..


  • 0
Mərhum müğənni Rəhim Rəhimlinin instagram profili xəbər səhifəsinə çevrildi..
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Mərhum müğənni Rəhim Rəhimlinin instagram profili xəbər səhifəsinə çevrildi..

Mərhum müğənni Rəhim Rəhimlinin şəxsi instaqram hesabının adı dəyişdirilərək xəbər portalına çevrilib. Məsələyə Rəhimlinin bir vaxt qalmaqal yaşadığı Roza Zərgərli münasibət bildirib:
"Küsülü olsaq da, onun səhifəsi əbədi qalmalıdır. Necə ki, Aslanın profili qalıb, doğrudan da kövrəldim. Baxmayaraq ki, onun ölümündən əvvəl dalaşmışdıq. Deməli, mənə nəsə olsa, ilərdir işlətdiyim səhifə xəbər portalı olacaq? Bir sənətçinin tarixçəsi silinməməlidir. Rəhimin səhifəsində lap olsun, 300, 500 min, 1 milyon izləyici. O 1 milyon izləyiciyə görə, sənət adamının xatirəsini silməyə dəyər?"
Bundan sonra Zərgərli Rəhimin meneceri ilə əlaqə saxlayıb, ona bunun düzgün olmadığını deyib. O, isə səhifənin aktivliyi öldüyü üçün belə etdiyini, profilin spama düşdüyünü, hər şey düzəldikdən sonra hesabən əvvəlki vəziyyətinə qayıdacağını söyləyib. Roza isə ondan dərhal səhifənin adını bərpa etməyini istəyib.
Qeyd edək ki, hazırda mərhumun iki hesabı mövcuddur.

Son Xəbərlər