Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Nailə Əsgərzadə Bakıdan paylaşım edib - FOTO


  • 0
Nailə Əsgərzadə Bakıdan paylaşım edib - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Nailə Əsgərzadə Bakıdan paylaşım edib - FOTO

“Rossiya-1” telekanalının əslən azərbaycanlı aparıcısı Nailə Əsgər-zadə Bakıdan paylaşım edib.

Xəbəroxu.Az xəbər verir ki, ötən gün Bakıya gələn  televiziya ulduzu Bakı ilə bağlı xatirələrini instaqramda izləyiciləri ilə bölüşüb:

“Çoxunuz bilirsiniz ki, mən Bakıda doğulmuşam. Uşaqlığım burada keçib. Yadımdadır ki, həftə sonları anam, atam və bacımla Fəvvarələr meydanında və ya bulvarda gəzir, əyləncəli attraksionlara minir, Xəzər dənizinə baxan kafedə dəmir qablarda, evin yaxınlığında isə fincanlarda dondurma yeyirdim. Hətta yadımdadır, onun qiyməti 1 “Nizami” (keçmiş 500 manat, hazırkı 0,10 azn – red.) idi. Yayda həftə sonları Şıxovo çimərliyinə və ya bağa gedirdik.

Xəzər Donanmasındakı uşaq bağçamı, 27 nömrəli məktəbi, uniformanı və birinci sinifdə bir partada əyləşdiyim Fidanı xatırlayıram. “Azneft”də bədii gimnastikaya necə getdiyimi, dartınma hərəkətini sevmədiyimi xatırlayıram. Yeri gəlmişkən, həmin bina indi yoxdur. Şəhər çox dəyişib, daha da gözəlləşib. Amma mən hələ də uşaqlığımın sevimli Bakısını xatırlayıram. Artıq həyatda olmayan bütün qohumlar və dostlarım da xatirimdədir. Bakı mənim üçün əvvəllər uşaqların gülüşü və təbəssümü, ilk kəşflər və sevinc şəhəri idisə, indi xatirələr şəhərinə çevrilib, qəbiristanlıq isə ən önəmli yerə çevrilib. Kədərlidir, amma yenə də səni sevirəm, Bakı!”.

1681885568_unknown_341592852_1451628262310637_7551396640838834462_n-min.jpg 141.57 KB


Son Xəbərlər