Putindən Ərdoğana təbrik telefonu
Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu seçkidəki uğuru münasibətilə təbrik edib.
Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən açıqlamaya görə, Rusiya prezidenti Putin prezident Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib.
İki lider yeni dövrdə Türkiyə-Rusiya münasibətləri və regional məsələlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılığa gəliblər.