Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb


  • 0
Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb

Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevi mayın 6-da Qara dəniz üzərində beynəlxalq hava məkanında Rusiyaya məxsus Su-35 qırıcısının Polşa hərbi təyyarəsinin müşayiəti ilə bağlı insidentlə əlaqədar çağıraraq etiraz notası təqdim edib. 

əbəroxu.Az tass-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina özünün Twitter səhifəsində yazıb.

"Mayın 10-da səfir Sergey Andreyev Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya qırıcısının Polşa sərhəd xidmətinin təyyarəsinə qarşı törətdiyi insidentlə bağlı Rusiya Federasiyasının nümayəndəsinə etiraz notası təqdim edilib. ", - Yasina bildirib.

Mayın 6-da Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Qara dəniz üzərində beynəlxalq hava məkanında patrul xidməti zamanı Rusiyanın Su-35 qırıcısı Polşa sərhəd xidmətinin L410 Turbolet təyyarəsini müşayiət edib. Buxarestdə onlar iddia ediblər ki, rus qırıcısının manevrləri “artan səviyyəli turbulentliyə səbəb olub və Polşa təyyarələrinin idarə olunmasında ciddi çətinliklərə gətirib çıxarıb”. Eyni zamanda, L410 Turbolet təhlükəsiz eniş edə bilib və ekipaj üzvlərindən heç biri xəsarət almayıb. 



Son Xəbərlər