Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sakit okeanda ABŞ və Çin arasında gərginlik - VİDEO


  • 0
Sakit okeanda ABŞ və Çin arasında gərginlik - VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sakit okeanda ABŞ və Çin arasında gərginlik - VİDEO

ABŞ-ın Hind-Sakit Okean Komandanlığı (INDO-PACOM) Çinin J-16 qırıcısının Cənubi Çin dənizində ABŞ-ın RC-135 kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr etdiyini bildirib.

Xəbəroxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, INDO-PACOM-dan verilən yazılı açıqlamada, “26 may 2023-cü ildə Çin Xalq Respublikasının J-16 qırıcı pilotu ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 təyyarəsinə qarşı kəşfiyyat fəaliyyəti zamanı həddindən artıq aqressiv manevr etdi.

"Çinli pilot RC-135-in burnunun düz qarşısında uçdu və bu, ABŞ təyyarəsinin quyruq turbulentliyində ilişib qalmasına səbəb oldu".

Açıqlamada ABŞ-ın RC-135 təyyarəsinin beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirdiyi bildirilib.

Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi hər yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək: “Biz Hind-Sakit Okean bölgəsindəki bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”.

Son Xəbərlər