Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Sudan ordusu əcnəbilərin ölkədən çıxarılmasına başladığını elan edib


  • 0
Sudan ordusu əcnəbilərin ölkədən çıxarılmasına başladığını elan edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Sudan ordusu əcnəbilərin ölkədən çıxarılmasına başladığını elan edib

Sudan ordusu paytaxt Xartumda döyüşlərin ikinci həftəsinə girdiyi bir vaxtda ölkədəki bəzi xarici vətəndaşların təxliyyəsinə başlanıldığını bildirib.

Xəbəroxu.Az xəbər verir ki, hərbi bəyanata görə, Səudiyyə Ərəbistanı missiyasının diplomatları əvvəlcə avtomobil yolu ilə Port Sudan şəhərinə gedib, daha sonra təyyarə ilə ölkələrinə qayıdıblar. Sudan ordusu İordaniyanın da oxşar üsula əl atacağını açıqlayıb.

Bildirilib ki, ABŞ, Fransa, İngiltərə və Çin yaxın saatlarda diplomatlarını təxliyə etmək üçün hərbi nəqliyyat təyyarələrindən istifadə edəcəklər.

Açıqlamaya görə, ölkələrin tələbi ilə ordu komandanı general Əbdülfəttah əl-Burhan “yaxın saatlarda” əcnəbilərin təxliyyəsini asanlaşdırmağa və təmin etməyə razılaşıb.

Son Xəbərlər