Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Talibanla gərginlikdən sonra İrandan açıqlama


  • 0
Talibanla gərginlikdən sonra İrandan açıqlama
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Talibanla gərginlikdən sonra İrandan açıqlama

İranın daxili işlər naziri Əhməd Vahidi sərhəddə baş verən qarşıdurmalardan sonra Taliban rəsmiləri ilə danışıqlar apardıqlarını, problemin həll olunduğunu və sərhədlərdə təhlükəsizliyin təmin edildiyini bildirib.

Xəbəroxu.Az xarici mediaya istinadən xəbər verir ki, İranın dövlət televiziyasına danışan daxili işlər naziri Vahidi dünən Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli Polis Bölməsi yaxınlığındakı sərhəddə İran sərhədçiləri ilə Taliban qüvvələri arasında baş verən qarşıdurmanı dəyərləndirib.

Münaqişədə Taliban qüvvələrinə "lazımi cavab verildiyini" bildirən Vahidi, "Qısamüddətli qarşıdurma oldu. Taliban tərəfi ilə danışıqlar aparıldı, problem həll olundu. Hazırda heç bir problem yoxdur. Sərhəd sakit və açıqdır”. dedi.

İran dünən bəyan edib ki, sərhədçilər ilə Taliban qüvvələri arasında sərhəddə baş verən qarşıdurma zamanı 2 iranlı sərhədçi həlak olub. Taliban isə qarşıdurmada üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. Tərəflər bir-birini münaqişənin başlamasında ittiham ediblər.

Son günlər Hilmend çayında suyun paylaşılması ilə bağlı İran və Taliban arasında gərginlik yaşanıb.

Taliban rəhbərliyi bölgədəki quraqlıq səbəbindən Hilmend çayı üzərindəki bəndlərdə suyun miqdarının azaldığını və bu səbəbdən suyun İrana çatmadığını iddia edərkən, İran texniki heyətin bəndlərə baş çəkməsi və bu vəziyyəti təsdiqləməsi lazım olduğunu bildirir.

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan və İran əsgərləri ilə Taliban qüvvələri arasında vaxtaşırı toqquşmalar baş verir.

Son Xəbərlər