Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Turan bəzi aparıcılara söz atdı


  • 0
Turan bəzi aparıcılara söz atdı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Turan bəzi aparıcılara söz atdı

Aparıcı Turan İbrahimov həmkarlarını tənqid edib.

Xəbəroxu.Az xəbər verir ki,  o, feysbukda status yazaraq Bəzi aparıcıların söz ehtiyatının azlığını və Türkiyədəki aparıcıları parodiya etdiklərini bildirib:
“Televiziyalarımızdakı gözəl həmkarlar! Əksəriyyətiniz Türkiyə seriallarına, verlişlərinə baxa- baxa o qədər aludə olmusunuz ki, özünüz olmağı unudub arada qalmısınız. Maneralarınız, üslubunuz, danışıq tərziniz bəzi məqamlarda hətta parodiyaya belə oxşayır.
Hələ söz ehtiyyatı azlığından fikirinizi ifadə etməkdə çətinlik çəkəndə, məlum serilallardakı qəlibləşmiş cümlələri Türkiyə türkcəsində işlədib, sonra da “türklər demişkən” deyib, guya, vəziyyətdən çıxmanız lap ət tökücüdür. Kitabı keçdim, heç olmasa, arada “saytlardan bir- iki xəbər, yazı oxuyun” deyəcəm, gəl ki, oralarda da vəziyyət bəzən sizdəki kimidir.
Hə, türk sözü eşidəndə tükləri biz-biz olub sarsıntı keçirənlər, bu statusun məğzi sizin qandığınız deyil… Türk bu milllətin dilinin də, sözünün də özüdü. Mən cırlaşan, təqlidçi aparıcılardan danışıram”.

Son Xəbərlər