Gündəlik məzənnə

16 İyun 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda tibbi aksiya keçirib


Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda tibbi aksiya keçirib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Türkiyənin yüksəkixtisaslı həkimləri Naxçıvanda tibbi aksiya keçirib

Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisasli həkimləri Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz tibbi aksiya keçirib.

Xeberoxu.Az
-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəvəti ilə Naxçıvana gələn Türkiyənin “Medikal Park” Xəstəxanalar Qrupunun yüksəkixtisasli həkimləri əvvəlcə səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Samiq Sadıxovla  görüşüblər.

Türkiyəli həkimlər qardaş ölkənin Naxçıvan Muxtar Respublikasında olduqlarından məmnunluqlarını bildirib və əlaqələri daha da genişləndirəcəklərini, Naxçıvan sakinlərinin sağlamlıqlarına daha yaxından xidmət edəcəklərini bildiriblər.

Sonra türkiyəli həkimlər müxtəlif istiqamətlər üzrə müayinə və  müalicəyə başlayıblar.

Aksiyada uşaq neonatoloqu, orqan nəqli cərrahı, uroloq, neyrocərrah, travmatoloq, ortoped və uşaq ortopedik cərrahından ibarət 6 yüksəkixtisaslı həkim heyəti iştirak edib. Gün ərzində müayinə üçün 300 nəfərə yaxın sakin qeydiyyata alınıb.

Qeyd edək ki, tibbi aksiyanın qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.

Son Xəbərlər