Gündəlik məzənnə

5 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq": QAİ


"ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq": QAİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq": QAİ

Biz ABŞ hökumətini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq.

Xeberoxu.Az
xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

İcma ABŞ rəsmilərinin Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən antiterror fəaliyyətləri ilə bağlı qərəzli bəyanatlarından narahatlığını bildirir.

“Öz ərazisində terror təhlükələrinin aradan qaldırılması və konstitusiya quruluşunun bərpası üçün tədbirlərin həyata keçirilməsi Azərbaycanın suveren hüququdur.  Amerika tərəfinin son bəyanatları onun terrorizmə qarşı beynəlxalq mübarizə və Azərbaycan Respublikası ilə onilliklər ərzində tərəfdaşlığı məsələsində mövqeyinə uyğun gəlmir.
Təəssüflə qeyd etmək lazımdır ki, Amerika hökumətinin azərbaycanlıların Ermənistandan qovulmasına, bu ölkə tərəfindən Azərbaycan ərazilərinin işğalına məruz qalmasına adekvat münasibətin olmaması fonunda ABŞ Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib. onların məhv edilməsi, eləcə də bir milyona yaxın azərbaycanlının bu torpaqlardan qovulması.  Bundan əlavə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd etməkdə davam edərkən, Amerika tərəfi nədənsə yalnız Ermənistanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir.
Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə, insan haqları ilə bağlı ayrı-seçkilik etməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”.

Son Xəbərlər