Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ABŞ ritorikanı dəyişir – Bakının Vaşinqtona cavabı necə olacaq?


ABŞ ritorikanı dəyişir – Bakının Vaşinqtona cavabı necə olacaq?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ABŞ ritorikanı dəyişir – Bakının Vaşinqtona cavabı necə olacaq?

ABŞ ritorikanı dəyişir – Bakının Vaşinqtona cavabı necə olacaq?

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Vaşinqtonla Bakı arasında münasibətlər normallaşmayacaq. O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən (1992-ci ildə qəbul edilib – red.) imtinanın müddətini uzatmayacaq.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Bakı rəsmi və ya qeyri-rəsmi səviyyədə danışıqlardan imtina etdiyini deməyib. Hətta danışıqlar masasında sülh sənədinin olması da məlumdur.

Tərəflər adıçəkilən sülh sənədini qarşılıqlı şəkildə düzəlişlər edərək bir-birilərinə göndərirlər. Proses arzuolunan səviyyədə getməsə də, danışıqlar masasında natamam sülh sənədinin olması prosesin davam etdiyini göstərir.

Azərbaycan hələlik Brüssel və Vaşinqton platformalarına qarşı məsafəli yanaşır. Qeyd olunan platformalardan da birmənalı imtina edilməyib. Sadəcə, Fransa, ABŞ, habelə Aİ-nin tərəfli açıqlamaları, ermənipərəst mövqeləri Bakının nəzərində bu platformalarda keçirilən görüşləri effektsiz edib. Əslində, ABŞ və Qərbi narahat edən də məhz bu məqamdır.

C.Obrayen “Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər” dedikdə faktiki olaraq tərəflərin Vaşinton və Brüssel formatına qayıtmasını nəzərdə tutur. Azərbaycanın yanaşması tamamilə fərqlidir. Belə ki, rəsmi Bakı “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsi istiqamətində danışıqları beynəlxalq formatlarda həllini dəstəkləyirdi. Çünki bu münaqişəyə dair BMT TŞ-nin 4 qətnaməsi var. 44 günlük İkinci Qarabağ münaqişəsi, habelə lokal antiterror tədbirləri nəticəsində münaqişənin “Dağlıq Qarabağ”, yəni beynəlxalq müstəvidə müzakirə edilən mərhələsi bitdi. Bakı münaqişənin “Ermənistan-Azərbaycan” mərhələsini yeni bir regional formatda müzakirə etmək istəyir. Prezident İlham Əliyevin bu istiqamətdə təklif etdiyi Gürcüstan formatı, habelə 3+3 formatında məsələnin müzakirə edilməsi Bakını daha çox maraqlandırır.

C.Obrayen deyib ki, Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər.

Onun bu sözləri diqqət çəkir. Məsələ ondadır ki, Azərbaycan nə Rusiyanın, nə də İranın oxu ətrafında hərəkət edir. Misal üçün Azərbaycan Rusiya faktoruna baxmayaraq Qarabağı işğaldan azad etdi. İranla isə siyasi münasibətlər hələ tam düzəlməyib.

Azərbaycandan fərqli olaraq Ermənistanda Rusiyanın 102-ci baza başda olmaqla daha geniş hərbi heyəti mövcuddur. Bundan başqa, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Rəsmi İrəvanın İranla münasibətləri isə Azərbaycandan qatbaqat yaxşıdır. Belə olan təqdirdə sual yaranır: Azərbaycan, yoxsa Ermənistan öz gələcəyini Rusiya-İran oxunda axtarır?

Rəsmi Bakı bu ölkələri regional əməkdaşlığa cəlb etməyə çalışır. Yəni bizim bu ölkələrlə münasibətlərimiz daha çox iqtisadi sferada inkişaf edir. Lakin C.Obrayenin ölkəsinin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacağı ilə hədələməsi doğru deyil. Bu açıq şəkildə hədə-qorxudur və təcrübə göstərir ki, rəsmi Bakı ilə bu ritorikada danışmaq effekt vermir.
ABŞ sülhün əldə edilməsini istəyirsə, Bakıya deyil, İrəvana təzyiq etməlidir.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər