Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

ANAMA yanında İctimai Şuraya sədr və sədr müavini seçilib


ANAMA yanında İctimai Şuraya sədr və sədr müavini seçilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

ANAMA yanında İctimai Şuraya sədr və sədr müavini seçilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın yeni seçilmiş 7 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.

Xeberoxu.Az xəbər verir ki, iclas zamanı ANAMA yanında İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunub. Aparılan səsverməyə əsasən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Şuranın sədri, “İnkişafa və islahatlara dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü Emil Həsənov Şuranın sədr müavini və “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Safixanov İctimai Şuranın katibi seçilib.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şura üzvlərini qəbul edib, onları Şuraya üzv seçilmələri münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Hər bir Şura üzvünün mina təhlükəsi ilə mübarizə istiqamətində müvafiq təcrübəyə malik olması, bu sahədə daha geniş fəaliyyətə müsbət töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi, digər aidiyyəti qurumların şura üzvləri ilə qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, ölkəmizdəki mina probleminin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, eləcə də minadan zərərçəkənlərə dəstək istiqamətində müzakirələr aparılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

Son Xəbərlər