Gündəlik məzənnə

3 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?


AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

AP Azərbaycana qarşı qətnamə qəbul etdi: Bakının reaksiyası necə olacaq?



Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. 46 deputat əleyhinə səs verib, 16 deputat isə bitərəf qalıb.

Xeberoxu.Az xəbər verir ki, Qətnamə ilə Avropa Parlamenti Aİ icra hakimiyyəti orqanlarını, eləcə də ona üzv olan ölkələri Azərbaycan hökumətinin nümayəndələrinə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə, həmçinin Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alıb.

Hesab edirəm Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə narahatlıq doğrumamalıdır. Məsələ ondadır ki, bu qətnamə məsləhət xarakterlidir və heç bir hüququ qüvvəyə malik deyil. İstisna deyil ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməni ciddiyə almayacaq. Xüsusilə də Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və rəsmi Bakıdan qaz idxalından asılılığın azaldılması çağırışının icrası mümkün deyil. 

Məsələ ondadır ki, Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa ölkələri Moskvadan qaz asılılığına son vermək üçün alternativ ölkələrə üz tutub. Bu ölkələrdən ən etibarlı və sərfəli qiymət təklif edəni isə Azərbaycandır. Qarşıdan qış aylarının da gəldiyini nəzərə alsaq Avropa ölkələri nəinki Azərbaycandan qaz idxalını dayandırmayacaq, əksinə bu sahədə əməkdaşlığı genişləndirə bilər. 

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər