Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Arutyunyan vəzifəsindən gedir, yerinə bu şəxs gələcək - Ermənistan KİV


Arutyunyan vəzifəsindən gedir, yerinə bu şəxs gələcək - Ermənistan KİV
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Arutyunyan vəzifəsindən gedir, yerinə bu şəxs gələcək - Ermənistan KİV

Ermənistan hakimiyyəti separatçıların "başçısı" Arayik Arutyunyanın istefa məsələsi yenidən gündəmə gətirir.

 Xeberoxu.Az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadən yazıb ki, bir neçə gün bundan əvvəl Arayik istefa vermək istəsə də, buna Nikol Paşinyan mane olub. Arutyunyanın istefa ərizəsini təqdim etməsinə imkan verməyib. Səbəb kimi onun gedişinin İrəvan Ağsaqqallar Şurasına gözlənilən seçkilərə böyük təsiri göstərilib. Paşinyan hakim qüvvələrin İrəvan meri postuna namizədi Tiqran Avinyanla bağlı bəzi arzuolunmaz epizodların üzə çıxacağından qorxub.

Arayikin yerinə Qarabağdakı qondarma rejimin “keçmiş xarici işlər naziri” kimi təqdim edən Masis Mayilyan gələ bilər: "Bəzi məlumatlara görə, Ermənistan hakimiyyəti Arayiki Qarabağdakı qondarma rejimin “keçmiş xarici işlər naziri” kimi təqdim edən Masis Mayilyanla əvəzləmək barədə qərar qəbul edib. Mayilyanın “Sorosçular” sırasında yer aldığı və Ermənistan hakimiyyəti tərəfindən tamamilə idarə olunduğu vurğulanır. İrəvan Masis Mayilyanla yanaşı, Samvel Babayanı da qondarma rejimin “dövlət naziri” vəzifəsinə gətirə bilər".

"Hraparak" həmçinin qeyd edir ki, Araik Arutyunyanın tezliklə vəzifəsindən uzaqlaşdırılması ilə bağlı başqa məlumatlar da var: "Bir neçə gündür xəbərlər gəlir ki, Araik Arutyunyan ona və qohumlarına məxsus bizneslərdən xilas olur. Xüsusilə də son günlər Arutyunyanın qardaşına məxsus hollandiyalı sağmal inəklər kütləvi şəkildə kəsilib".

Son Xəbərlər