Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələmək üçün çadırlar qurublar


Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələmək üçün çadırlar qurublar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələmək üçün çadırlar qurublar

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər.

Xeberoxu.Az xəbər verir ki, artıq Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırılıb. Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcəklər.
Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları ilə danışıqlar aparıblar. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir. O deyib: “Bizə bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”.

Son Xəbərlər