Gündəlik məzənnə

21 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan azad cəmiyyətdir": Dövlətimizin başçısı


"Azərbaycan azad cəmiyyətdir": Dövlətimizin başçısı
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan azad cəmiyyətdir": Dövlətimizin başçısı

Azərbaycan azad cəmiyyətdir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir.

Xeberoxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev az öncə xalqa müraciətində səsləndirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür. Bunu izah etməyə ehtiyac yoxdur. Bu, bizim həyat tərzimizdir.

“Heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb və olmayacaq, ikinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə biz Qarabağda yaşayan erməni əhalisini bax buna dəvət edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.

Son Xəbərlər