Gündəlik məzənnə

27 Aprel 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər


Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan və İsrail arasında uçuşların sayı artırıla bilər

Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilib.

Xəbəroxu.Az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.

“Bu gün biz həmçinin qarşılıqlı turizm axınının səviyyəsini necə artıra biləcəyimiz haqqında danışdıq. Bizim həftəyə sadəcə 4 uçuşumuz var ki, bunun yetərli olmadığını düşünürəm. Nümayəndə heyətlərimizin üzvlərinə sadəcə mövsümi əsasda deyil – çünki adətən yay vaxtı bizim daha çox uçuşlarımız olur – daimi əsasda uçuşların sayının artırılması üçün təlimatlar verilib”, - Prezident İlham Əliyev qeyd edib.

Son Xəbərlər