Gündəlik məzənnə

9 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan və Rusiya liderlərinin telefon danışığı olub


Azərbaycan və Rusiya liderlərinin telefon danışığı olub
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan və Rusiya liderlərinin telefon danışığı olub

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

Xeberoxu.Az 
xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Prezidentlər Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Azərbaycanın dövlət başçısı Putinə Rusiya hərbçilərinin sentyabrın 20-də Qarabağda faciəli ölümü ilə bağlı dərin hüznlə başsağlığı verib.

İlham Əliyev baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqincə cəzalandırılacağını vurğulayıb. Dövlət başçısı bununla bağlı hər iki ölkənin Baş prokurorluqlarının sıx əlaqədə olduğunu qeyd edib.

Azərbaycan Prezidenti həmçinin, həlak olanların ailələrinə maddi yardım göstərməyə hazır olduğunu bildirib.

Liderlər Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Rusiya sülhməramlı kontingentinin vasitəçiliyilə əldə edilmiş razılaşmanın ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında sülhməramlıların vasitəçiliyi ilə başlayan danışıqlara böyük əhəmiyyət verilib.
 

Danışıq zamanı regionda vəziyyətin daha da sabitləşdirilməsi və humanitar problemlərin aradan qaldırılması üçün prioritet addımlar müzakirə edilib. Vladimir Putin Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan tərəfinin Rusiya sülhməramlıları ilə bu məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazır olduğu təsdiqlənib.
 

Bölgədə nəqliyyat əlaqələrinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan  arasında sülh müqaviləsinin hazırlanması baxımından ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq danışıqlar zolağında işlərin intensivləşdirilməsi razılaşdırılıb. 

Son Xəbərlər