Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanın Rusiya ilə sərhəd


Azərbaycanın Rusiya ilə sərhəd
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanın Rusiya ilə sərhəd

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında əməliyyat keçirilir. 

Xəbəroxu.Az-ın əldə etdiyi məlumata görə, “Sərhəd-sipər” şərti adı altında aparılan əməliyyatlarla əlaqədar şimal-qərb bölgəsinin Zaqatala, Balakən, Qax, Şəki, Qəbələ rayonlarında, həmçinin Azərbaycanın şimal bölgəsini əhatə edən rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

Əməliyyatlar bir həftə davam edəcək.

Son Xəbərlər