Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

“Bacılar”ın “TIR şousu”na Bakının cavabı: Niyə bu gün?


“Bacılar”ın “TIR şousu”na Bakının cavabı: Niyə bu gün?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

“Bacılar”ın “TIR şousu”na Bakının cavabı: Niyə bu gün?

Azərbaycan nəhayət Xankəndiyə ərzaq göndərmək gedişini etdi. İyulun 26-da Ermənistan TIR-ları sərhəddə toplayıb, “yardım şousu” təşkil edəndə buna iki istiqamətdə cavabın verilə biləcəyini yazırdıq: humanitar yükün Ağdam-Xankəndi yoluna aparılması və orada gözləməsi; Ağdam yolunda humanitar yardım mərkəzlərinin yaradılması;

Bu, həm erməni əhalisinə praktiki çıxış yolu təqdim etmək, həm də beynəlxalq müstəvidə aparılan “blokada” kampaniyasına cavab vermək baxımından lazım idi. Artıq 40 ton unun göndərilməsi ilə ilk addım atıldı, növbəti addımın – yardım mərkəzinin yaradılmasının da olacağı istisna deyil.

Bakının bu addımında iki məqam diqqət çəkir:

Niyə ilk göndərilən humanitar yardım undan ibarətdir?

Qarabağda “humanitar fəlakət” oyununda “çörək yoxdur” iddiaları zaman-zaman gündəmə gəlsə də, kampaniya əsasən müxtəlif ərzaq növlərinin tükənməsi üzərində aparılırdı. Son günlər yayılan məlumatlar prosesin “çörək yoxdur” mərhələsinə keçdiyini göstərir: “çörək növbələri”nin yaranması haqda manipulyasiya edirlər; separatçıların erməni əhalisinin əlində olan taxılı almaq istədiyi açıqlayıb, bunun məcburi qaydada ediləcəyi gözlənilir;

O da gözlənilir ki, beynəlxalq müstəvidə davam edən “humanitar fəlakət” kampaniyasının növbəti - əsas mərhələsi “çörək qıtlığı” üzərində olacaq. Və Bakı məhz bundan öncə 40 ton unu Ağdam yoluna göndərməklə əks-həmləsini etdi. Çörək problemi varsa, problemin həll yolu da var.

Humanitar yardımın göndərilməsi ilə bağlı praktiki addım niyə indi atıldı?

Ermənistanın “TIR şousu” 26 iyulda başlasa da, Bakının Ağdam yoluna indi yardım çıxarmasının iki məqsədi aydın görünür:

Birincisi, Fransanın planlarına cavabdır;

Rəsmi Parisin Qarababğa bağlı iddiaları BMT Təhlükəsizlik Şurasına çıxarmağa hazırlaşdığına dair məlumatlar var. Bunun fonunda sabah – avqustun 30-da Fransadan göndərilən “yardım”lar sərhəddəki “yardım şousu”na qoşulacaq, o cümlədən, Paris meri də bölgəyə gələcək. Aydındır ki, Fransanın bu addımı məsələni BMT TŞ-də müzakirəyə çıxarmamışdan öncə “arqumentlər”ini gücləndirmək, eyni zamanda, digər ölkələri də “yardım şosuna” qoşmaq məqsədi daşıyır. Azərbaycan məhz Fransanın sərhəddəki şouya qoşulmasından bir gün öncə Ağdam yoluna yardım göndərməklə beynəlxalq ictimaiyyəti fakt qarşısında qoyur və bununla həm də BMT TŞ-də növbəti mümkün müzakirələrə hazırlaşır.

İkincisi, Xankəndidəki erməni ictimai rəyinə təsir etməkdir;

Separatçı qüvvələr arasında Ağdam yolundan yardımın qəbul edilməsi ilə bağlı ciddi fikir ayrılığı var. Samvel Babayanın dəstəsi bunu dəstəkləyir, Ruben Vardanyanın dəstəsi qarşı çıxır, mövcud “rəhbərlik” – Araik və dəstəsi qərar vermək üçün müzakirələr aparır;

Bakının yardımı indi Ağdam yoluna göndərməsi Xankəndidə bu yardımın qəbul edilməsi, yoxsa imtina edilməsi ilə bağlı qarşıdurmanı kəskinləşdirəcək və bu, həm separatçılar arasında “həmrəyliyi” pozur, həm də erməni əhalisində yardımı qəbul etmək istəklərini gücləndirir.

Ağdam yolunda humanitar mərkəz yaradılarsa, ermənilərin ərzaq üçün bura müraciət edəcəyi gözləntisi böyükdür. Laçın-Xankəndi yolunda aksiya zamanı mülki erməni Toros Qazaryanın kömək üçün azərbaycanlılara müraciət etməsi bunun bariz nümunəsidir.

Axar.az

Son Xəbərlər